...

DİN Naxçıvan MR-in daxili işlər nazirinin qardaşının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb

Hadisə Materials 21 Aprel 2014 13:08 (UTC +04:00)
Şərur rayonu ərazisində yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər ölüb.
DİN Naxçıvan MR-in daxili işlər nazirinin qardaşının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir İ.İzzət/

Şərur rayonu ərazisində yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 19-da saat 21 radələrində Şərur rayonu Püsyan kəndinin ərazisində Tumaslı kənd sakini Abbas Əhmədov idarə etdiyi "Toyota" markalı avtomobili aşırıb. Xəstəxanaya yerləşdirilmiş Abbas Əhmədov və sərnişini Mehdi Mahmudov aprelin 20-də orada ölüblər.

Qeyd edək ki, Abbas Əhmədov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Əhməd Əhmədovun qardaşıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti