...

Bakıda yol-nəqliyyat qəzası baş verib, sürücü yaralanıb

Hadisə Materials 5 May 2014 01:52 (UTC +04:00)
Bakıda yol-nəqliyyat qəzası baş verib, sürücü yaralanıb.
Bakıda yol-nəqliyyat qəzası baş verib, sürücü yaralanıb

Azərbaycan, Bakı, 5 may /Trend/

Bakıda yol-nəqliyyat qəzası baş verib, sürücü yaralanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Binəqədi rayonunda yol-nəqliyyat qəzası baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, torpaq-qazma işləri zamanı torpaq yığılması üçün növbə gözələyən "Shacman" markalı yük avtomobilinin sürücüsü kabinasından yerə düşərkən ərazinin mailli olması və tormozlanma olmadığı üçün avtomobil arxaya gedib və arxada dayanan digər "Shacman" markalı yük avtomobilinin kabinasına çırpılmış və avtomobillər deformasiyaya uğrayıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yük avtomobilinin kabinasında sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq Təcili Tibbi Yardım Xidmətinə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti