Azərbaycan, Bakı, 31 may /Trend/
Şamaxı sakini yıxılaraq aldığı xəsarətdən ölüb.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, mayın 30-da Şamaxı şəhərində yaşayan Rasim Şirəliyev evinin ikinci mərtəbəsinin eyvanından yıxılıb.
Xəstəxanaya yerləşdirilmiş R.Şirəliyev orada ölüb.