Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir İ.İzzət/
Bakıda baş verən dəhşətli yol qəzasında 3 nəfər ölüb, 2 nəfər yaralanıb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 3-ü saat 22:50 radələrində Suraxanı rayonu Zığ qəsəbəsi ərazisində Bakı şəhər sakinləri 1973-cü il təvəllüdlü Eyyub Mustafayevin idarə etdiyi "Hyundai" markalı və 1977-ci il təvəllüdlü Ramin İbrahimovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.
Nəticədə, hər iki sürücü və E.İbrahimovun sərnişini - 1986-cı il təvəllüdlü Aqşin Hüseynov hadisə yerində ölüb, digər sərnişini 1973-cü il təvəllüdlü Rza Cəfərov və E.Mustafayevin sərnişini - 1987-ci il təvəllüdlü Mehman Abbasov isə xəsarətlə 3 saylı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
