...

Bakıda televizor oğurlamış qadın tutulub

Hadisə Materials 4 İyun 2014 13:06 (UTC +04:00)
Oğurluq etmiş Saatlı rayon sakini tutulub.
Bakıda televizor oğurlamış qadın tutulub

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir İ.İzzət/

Oğurluq etmiş Saatlı rayon sakini tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cari ilin may ayının 27-dən 31-dək olan müddətdə Binəqədi rayon sakini Əhməd Məmmədovun mənzilindən 1 ədəd televizor oğurlanıb.

Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Saatlı rayon sakini Gülnarə Hacıyeva tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti