Azərbaycan, Bakı, 7 iyun /Trend/
Şamaxıda iki yük avtomobili toqquşub, yaralanan var.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən Şamaxı rayonu, Bakı-Qazax yolunun 127-ci kilometrində "MAN" markalı yəhərli-dartıcı yük avtomobili ilə "Mercedes" markalı yük avtomobilinin toqquşması nəticəsində yol qəza hadisəsi baş verib.
Nəticədə "MERCEDES" markalı yük avtomobilinin sahibi müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə etməklə avtomobildən çıxarılaraq təcili yardım xidmətinə təhvil verilib. Əməliyyat saat 11:48-də başa çatıb.