...

Gəncədə piyadanı vurub qaçan sürücü axtarılır (FOTO)

Hadisə Materials 13 İyun 2014 09:36 (UTC +04:00)
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib, sürücü hadisə yerindən qaçıb.
Gəncədə piyadanı vurub qaçan sürücü axtarılır (FOTO)

Azərbaycan, Bakı, 13 iyun /Trend/

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib, sürücü hadisə yerindən qaçıb.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Şəhər sakini 50 yaşlı Famil Qurbanov yaşadığı evin qarşısında avtomobilin yanında durarkən yüksək sürətlə hərəkət edən "Mercedes" markalı maşın idarəetmənin itirilməsi nəticəsində səki daşına çırpılıb. Qəza zamanı "Mercedes" Famil Qurbanovu vurub. Yaralı dərhal təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətirilib və ona tibbi yardım göstərilib.

Həkimlərin sözlərinə görə, Famil Qurbanovun vəziyyəti ağırdır və o, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

"Mercedes"in sürücüsü isə avtomobilini hadisə yerində qoyaraq qaçıb. Hazırda onun axtarışları aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti