...

BMT: İraqda 17 gün ərzində yaraqlılarla toqquşmalarda mindən artq insan ölüb

Hadisə Materials 24 İyun 2014 18:32 (UTC +04:00)
İraqda silahlı münaqişənin 17 günü ərzində “İraq və Şam İslam Dövləti” qruplaşmasının yaraqlıları ilə toqquşmalarda mindən artq dinc sakin ölüb.
BMT: İraqda 17 gün ərzində yaraqlılarla toqquşmalarda mindən artq insan ölüb

Azərbaycan, Bakı, 24 iyun /Trend/

İraqda silahlı münaqişənin 17 günü ərzində "İraq və Şam İslam Dövləti" qruplaşmasının yaraqlıları ilə toqquşmalarda mindən artq dinc sakin ölüb.

Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata əsasən, bunu jurnalistlərə BMT-nin İnsan haqları üzrə Ali komissarının İdarəsinin mətbuat katibi Rupert Kolvill deyib.

Onun sözlərinə görə, iyunun 5-22 aralığında Neynəva, Diyalə, Səlahəddin vilayətlərində ən azı 757 vətəndaş öldürülüb və 599-u yaralanıb: "Bundan başqa, bu dövr ərzində Bağdadda və paytaxtın cənub rayonlarında ən azı 318 nəfər ölüb və 590 nəfər yaralanıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti