...

Bakıda bara partlayıcı maddə qoyulması barədə polisə yalan məlumat vermiş şəxs tutulub

Hadisə Materials 3 İyul 2014 12:45 (UTC +04:00)
Bilə-bilə yalan məlumatı vermiş Bakı şəhər sakini tutulub. O, keçmiş məhkum imiş.
Bakıda bara partlayıcı maddə qoyulması barədə polisə yalan məlumat vermiş şəxs tutulub

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir İlkin İzzət/

Bilə-bilə yalan məlumatı vermiş Bakı şəhər sakini tutulub. O, keçmiş məhkum imiş.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 1-də saat 23.00 radələrində naməlum şəxs taksafondan DİN-in "102 Zəng Mərkəzi"nə zəng edərək paytaxtın Nizami rayonu Qara Qarayev prospektində yerləşən "Plaza" barına partlayıcı maddə qoyulması barədə məlumat verib.

Dərhal müvafiq tədbirlər görülüb, məlumat təsdiqini tapmayıb.

Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bilə-bilə yalan məlumatı vermiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ziya Səfərov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti