Azərbaycan, Bakı, 7 iyul / Trend, müxbir İlkin İzzət /
Bakıda 7 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Arif Aydın oğlu Əliyevin yanına qısamüddətli görüşə gəlmiş tanışı vətəndaş Zeynəb Arzuman qızı Nağıyevanın gətirdiyi sovqata və üzərinə baxış keçirilİB. Vaxış zamanı qadının öz alt paltarında gizlətdiyi, ağ sellofana bükülmüş xalis çəkisi 4,590 qram olan narkotik vasitə "Tiryək" və xalis çəkisi 3,038 qram olan narkotik vasitə "Marixuana" aşkar edilərək götürülüb.
Qeyd edək ki, Arif Əliyev Cinayət Məcəlləsinin 126.2.2; 126.2.4; 221.2.1; 221.2.2; 221.3; 66.3 və 67.1 maddələrinə əsasən azadlıqdan məhrum edilib.
Fakt üzrə araşdırma aparılır.