Azərbaycan, Bakı, 24 iyul /Trend/
Rusiyada axtarışda olan şəxslər Azərbaycanda tutulub.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Baş Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası CM-nin 161-ci maddəsi (soyğunçuluq) ilə axtarışda olan Elçin Məmmədov tutulub.
İdarənin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası CM-nin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Elxan Cəfərov tutulub.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xəzər RPİ CAŞ və 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1955-ci il təvəllüdlü Vasif Hüseynov, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə AR CM-nin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə axtarışda olan 1974-cü il təvəllüdlü Seymur Məhərrəmov tutulub.
Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-nin 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə axtarışda olan 1989-cu il təvəllüdlü Ariz Hacıyev də tutulub.