...

Bakıda axtarışda olan 2 nəfər tutulub

Hadisə Materials 26 İyul 2014 13:14 (UTC +04:00)
Bakıda axtarışda olan şəxslər tutulub.
Bakıda axtarışda olan 2 nəfər tutulub

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Bakıda axtarışda olan şəxslər tutulub.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi RPİ CAŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1978-ci il təvəllüdlü Elşən Əliyev tutulub.

Bundan başqa, Xətai RPİ CAŞ və 34-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1960-cı il təvəllüdlü Fikrət Səfərov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti