...

Gürcüstan Milli Bankından yarım milyon manatdan çox pul mənimsəmiş şirkət rəhbəri saxlanılıb

Hadisə Materials 13 Oktyabr 2014 14:09 (UTC +04:00)
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq xidmətinin əməkdaşları "Paul Şurel und İrao qrup" şirkətinin direktoru Georgi Maqradzeni saxlayıblar.
Gürcüstan Milli Bankından yarım milyon manatdan çox pul mənimsəmiş şirkət rəhbəri saxlanılıb

Gürcüstan, Tbilisi, 13 oktyabr /Trend, müxbir Nana Kirsxaliya/

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq xidmətinin əməkdaşları "Paul Şurel und İrao qrup" şirkətinin direktoru Georgi Maqradzeni saxlayıblar.

Nazirlikdən Trend-ə verilən məlumata görə, şirkət rəhbəri xidməti vəzifəsindən istifadə etməklə Gürcüstan Milli Bankının (GMB) iri məbləğdə vəsaitini mənimsəməkdə ittiham olunur.

İstintaq müəyyən edib ki, GMB və təsisçiləri G.Maqradze, Zaza Tarqamadze və Ruben Milar olan MMC arasında tikinti işləri haqqında müqavilə rəsmiləşdirilib.

G.Maqradze sifarişçiyə saxta aktlar təqdim edib. Aktlarda işlərin həcmi və dəyəri süni şəkildə artırılıb. O, bu hərəkətləri ilə dələduzluq yolu ilə GMB-yə məxsus 1 246 821 larini (təxminən 540 min manat) mənimsəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti