...

Rusiyada axtarılanlar Bakıda tapıldılar

Hadisə Materials 1 Noyabr 2014 15:35
Ötən gün axtarışda olan 3 nəfər tutulub.
Rusiyada axtarılanlar Bakıda tapıldılar

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Ötən gün axtarışda olan 3 nəfər tutulub.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Qaradağ rayon Polis İdarəsi 10-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində CM-in 178-ci maddəsi ilə 9 sentyabr 2014-cü il tarixdən axtarışda olan Bəhruz Seyidməmmədov tutulub.

Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsi ilə (soyğunçuluq) axtarışda olan Vüsal Feyzullayev tutulub.

Bundan başqa, Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsi (quldurluq) ilə axtarışda olan Yusif Alışov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti