...

Şabranda silsilə qoyun oğurluğu ilə məşğul olan şəxslər tutulub

Hadisə Materials 24 Noyabr 2014 15:54 (UTC +04:00)
Şabranda silsilə qoyun oğurluğu ilə məşğul olan dəstənin üzvləri saxlanılıb.
Şabranda silsilə qoyun oğurluğu ilə məşğul olan şəxslər tutulub

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir İlkin İzzət/

Şabranda silsilə qoyun oğurluğu ilə məşğul olan dəstənin üzvləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şabran rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 15-də Şirin Müseyibovun həyətindən 4 baş qoyun oğurlamış Sumqayıt şəhər sakinləri - Ramil Səmədov, Vüsal Məmmədov, əvvəllər məhkum olunmuşlar Elxan Şahbazov və Mehman Məmmədov tutulublar.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların noyabrın 15-də Seyidpəri Əlməmmədovanın həyətindən 4 baş qoyun, habelə oktyabr-noyabr ayları ərzində Şabran rayon sakinləri Feyruz Ağayevin 2 baş, Müseyib Əliyevin 2 baş və Tofiq Musayevin 4 baş qoyununu oğurlamaları da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti