...

Bakıda 6 nəfərin intihar cəhdi alınmadı

Hadisə Materials 10 Dekabr 2014 19:27 (UTC +04:00)
Bakıda 6 nəfər intihara cəhd edib.
Bakıda 6 nəfərin intihar cəhdi alınmadı

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

Bakıda 6 nəfər intihara cəhd edib.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda 6 nəfərin intihara cəhd etməsi haqqında məlumat daxil olub. Dərhal nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

Hadisə yerində məlum olub ki, vətəndaşlar tikilməkdə olan çoxmərtəbəli binanın damına çıxaraq intihar etmək niyyətini nümayiş etdirirlər.

Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbətlər nəticəsində intihar etmək istəyən şəxslər fikirlərindən daşındırılıb və təhlükəsiz əraziyə endirilərək aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 18:17-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti