...

Bakılıları bıçaqlamış neftçalalılar tutulub

Hadisə Materials 5 Fevral 2015 11:24 (UTC +04:00)
Bakıda iki nəfəri bıçaqlamış şəxslər tutulub.
Bakılıları bıçaqlamış neftçalalılar tutulub

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir İlkin İzzət/

Bakıda iki nəfəri bıçaqlamış şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 4-də saat 00.50 radələrində, 28 may küçəsində Bakı şəhər sakinləri, 1980-cı il təvəllüdlü Tehran Hacıyevə və 1986-cı il təvəllüdlü Rəşad Mustafayevə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Neftçala rayon sakinləri - 1993-cü il təvəllüdlü İlham Dadaşov, 1992-ci il təvəllüdlü Nurulla İsgəndərov, 1997-ci il təvəllüdlü Vüqar Soltanov və 1993-cü il təvəllüdlü Səmid Hüseynov müəyyən olunaraq tutulublar.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti