...

Yuduğu avtomobili qaçırdı

Hadisə Materials 10 Fevral 2015 11:03 (UTC +04:00)
Avtoyuma məntəqəsinin işçisi yuduğu avtomobili qaçırıb.
Yuduğu avtomobili qaçırdı

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir İlkin İzzət/

Avtoyuma məntəqəsinin işçisi yuduğu avtomobili qaçırıb.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhər sakini Tural Abbaszadəyə məxsus "Mercedes" markalı avtomobil fevralın 6-da saat 18:00 radələrində 20 Yanvar küçəsində yerləşən avtoyuma məntəqəsindən qaçırılıb.

Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, maşını qaçırmaqda şübhəli bilinən həmin avtoyuma məntəqəsinin avtoyuyucusu, Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Ruslan Yusifov tutulub.

Qeyd edək ki, R.Yusufov əvvəllər məhkumluq həyatı yaşayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti