...

Bakıda məcburi köçkünü güllələmiş şəxslər tutulub

Hadisə Materials 18 Aprel 2015 11:52 (UTC +04:00)
Bakıda məcburi köçkünü güllələmiş şəxslər tutulub.
Bakıda məcburi köçkünü güllələmiş şəxslər tutulub

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir İlkin İzzət/

Bakıda məcburi köçkünü güllələmiş şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, aprelin 15-də saat 22:50 radələrində, Şüvəlan qəsəbəsi "Gənc Kosmonavt" düşərgəsində məskunlaşmış Laçın rayon sakini Bəxtiyar Hüseynova yaşadığı evin qarşısında odlu silahdan atəş açaraq xəsarət yetirilib.

Xəzər rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinənlər - Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Abbas Arzu oğlu Dünyamalıyev və Şabran rayon sakini, 1985-ci il təvəllüdlü Elnur Gülü oğlu Xıdırov tutulub.

Elnur Xıdırov hadisə zamanı istifadə etdiyi lüləsi və qundağı kəsilmiş nömrəsi və istehsal ili silinmiş 16 çaplı tək lülə ov tüfəngini könüllü təhvil verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti