...

Şamaxıda növbəti zəlzələ baş verdi (ƏLAVƏ OLUNUB-2)

Hadisə Materials 3 İyun 2015 16:55 (UTC +04:00)
Azərbaycanın Şamaxı və İsmayıllı rayonlarında baş verən zəlzələdən sonra Şamaxı rayonunda bu gün ikinci dəfə zəlzələ qeydə alınıb.
Şamaxıda növbəti zəlzələ baş verdi (ƏLAVƏ OLUNUB-2)

Şamaxıdakı növbəti zəlzələ haqqında məlumat əlavə olunub (ilk xəbər saat 15:20-də yayılıb)

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanın Şamaxı və İsmayıllı rayonlarında baş verən zəlzələdən sonra Şamaxı rayonunda bu gün ikinci dəfə zəlzələ qeydə alınıb.

Trend AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən bildirir ki, Şamaxı ərazisində ikinci zəlzələ saat 16:07-də qeydə alınıb. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

Bundan əvvəlki zəlzələ isə Şamaxı ərazisində saat 14:32-də baş vermişdi. Zəlzələ hiss olunmuşdu.

Zəlzələ ocağının dərinliyi 5 km, maqnitudası 4,6 olub.

İlkin məlumatlara əsasən, saat 15:07-də İsmayıllı rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti