...

Ağsuda ağır yol qəzası baş verib - bir nəfər ölüb

Hadisə Materials 16 İyul 2015 09:22 (UTC +04:00)
Ağsu rayonunda ağır yol qəzası baş verib.
Ağsuda ağır yol qəzası baş verib - bir nəfər ölüb

Azərbaycan, Bakı, 16 iyul /Trend/

Ağsu rayonunda ağır yol qəzası baş verib, bir nəfər ölüb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağsu rayonu ərazisində "KAMAZ" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində "VAZ" markalı avtomobilinin sürücüsü 1962-ci il təvəllüdlü Salmanov Mirsəlim Mirzəağa oğlu aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Avtomobildə sıxılmış vəziyyətdə qalmış meyid yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Əməliyyat saat 23:40-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti