...

Bakıda dağıntı altında qalan fəhlə xilas edildi

Hadisə Materials 24 İyul 2015 22:06 (UTC +04:00)
Bakıda dağıntı altında qalan fəhlə xilas edilib.
Bakıda dağıntı altında qalan fəhlə xilas edildi

Azərbaycan, Bakı, 24 iyul /Trend/

Bakıda dağıntı altında qalan fəhlə xilas edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda dördmərtəbəli yaşayış binasının mənzilinin vanna otağında təmir işləri görən fəhlə döşəmənin çökməsi nəticəsində 2-ci mərtəbənin hamam otağına düşərək köməksiz vəziyyətdə qalıb.

Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər dağıntı altında huşsuz vəziyyətdə qalmış fəhləni təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə çıxardıb hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verilməsini təmin ediblər.

Xəbər lenti

Xəbər lenti