...

Pirallahıda günorta vaxtı qızıl mağazasında soyğunçuluq

Hadisə Materials 8 Sentyabr 2015 12:21 (UTC +04:00)
Pirallahıda günün günorta vaxtı qızıl mağazasını soyub talayıblar.
Pirallahıda günorta vaxtı qızıl mağazasında soyğunçuluq

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir İlkin İzzət/

Pirallahıda gündüz saatlarında qızıl mağazasını soyub talayıblar.

Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, sentyabrın 7-də saat 16:30 radələrində "Laçın" mağazasında Nərminə Cəlilovanın qızıl satışı şöbəsindən bir çüt qızıl sırğa soyğunçuluq yolu ilə talanılıb.

Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunan, 1972-ci il təvəllüdlü Zahid Tofiq oğlu Qarayev tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti