...

Göygöldə maşın çaya aşıb: 3 nəfər ölüb (YENİLƏNİB)

Hadisə Materials 4 Oktyabr 2015 23:35 (UTC +04:00)
Göygöldə maşın çaya aşıb, 3 nəfər ölüb. Hadisə gecə saatlarında, rayonun Üçtəpə kəndində baş verib.
Göygöldə maşın çaya aşıb: 3 nəfər ölüb (YENİLƏNİB)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

Göygöldə maşın çaya aşıb, 3 nəfər ölüb. Hadisə gecə saatlarında, rayonun Üçtəpə kəndində baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, VAZ 2109 markalı avtomobilin sürücüsü Göygöl rayon Mollacəlil kənd sakini 34 yaşlı Xanlar Nəsibov avtomobil ilə hərəkət edərkən çaya aşıb.

Sürücü və onun həmkəndliləri 34 yaşlı Pərviz Teymurov və digər sərnişin 34 yaşlı Rəşadət Nəsibov hadisə yerində ölüb.

Faktla bağlı Göygöl rayon Polis şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti