Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir Elmir Murad/
Paytaxtda avtomobilləri qarət edən Bakı şəhər sakinləri saxlanılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Fəqan Əliyev və Tahir Atakişiyev yaxalanıb.
Məlum olub ki, onlar oktyabrın 23-də Əmiraslan Ələkbərova məxsus "TOFAŞ" markalı və Türkiyə vətəndaşı Şahin Adem Halitə məxsus "Volkswagen" markalı avtomobillərdən pul, maqnitofon və sənəd oğurlayıblar.