...

İtkin düşən neftçilərin axtarışı davam etdiriləcək, FHN-in daha bir vertolyotu hadisə yerinə göndərilib (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 7 Dekabr 2015 16:30 (UTC +04:00)
"Günəşli" yatağının 10-cu özülündə baş verən yanğın nəticəsində itkin düşənlərin xilasetmə işləri axıradək davam etdiriləcək.
İtkin düşən neftçilərin axtarışı davam etdiriləcək, FHN-in daha bir vertolyotu hadisə yerinə göndərilib (ƏLAVƏ OLUNUB)

Bakı. İlhamə İsabalayeva - Trend:

"Günəşli" yatağının 10-cu özülündə baş verən yanğın nəticəsində itkin düşənlərin xilasetmə işləri axıradək davam etdiriləcək. Texniki vəsaitlərimiz və qüvvələrimiz buna tam imkan verir".

Trend-in məlumatına görə, bunu "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov hadisə ilə bağlı son vəziyyətə aydınlıq gətirərkən deyib.

B.Ağarəhimov bildirib ki, şəxsiyyəti müəyyən edilən 2 nəfərin əynində xilasetmə jileti olub: "Dənizdə adamsız olan xilasetmə jiletləri də olub. Bundan sonra tapılan cəsədlərdə xilasetmə jiletləri olmaya bilər, çünki onlar əyindən çıxır".

O, əlavə edib ki, hadisə baş verən gün hava şəraiti ilə əlaqədar iş rejimi olmayıb: "Əgər iş olsaydı, onda hamı platformada həlak olardı və heç kəsi də xilas etmək mümkün olmazdı".

Baş mühəndis bildirib ki, itkin düşənlərin axtarışı üçün artıq 501 saylı meydançanın bütün sahəsi araşdırılıb və xilasedicilər növbəti sahələrə hərəkət etməyə başlayıblar: "Artıq Fövqəladə Hallar Nazirliyi daha bir vertolyotu "Günəşli" sahəsinə göndərib. Sualtı axtarış işləri ilə əlaqədar Geofizika ve Geologiya İdarəsi "Neft Daşları"nda ikinci dalğıc qrupunu işə qoşub".

B.Ağarəhimov deyib ki, 10 saylı özülün ətrafında gəmi xüsusi sualtı avadanlıqlar vasitəsilə axtarış işlərini davam etdirir.

Onun sözlərimə görə, yanğının söndürülməsi üçün sahəyə əlavə qüvvələr cəlb olunub: "Hazırda yanğının lokallaşdırılması üçün işlər görülür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti