...

Sabunçuda həyətdən avtomat tapılıb

Hadisə Materials 5 Yanvar 2016 13:01 (UTC +04:00)
Bakıda vətəndaşın həyətindən silah-sursat tapılıb.
Sabunçuda həyətdən avtomat tapılıb

Bakı. Samir Məmmədov - Trend:

Bakıda vətəndaşın həyətindən silah-sursat tapılıb. Trend-in Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, yanvarın 2-də Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayan Nüsrət Əliməmmədov həyətində olan köhnə boruların içərisindən "AKM" markalı silah, 1 ədəd sandıq və 42 ədəd avtomat patronu taparaq 15-ci PB-yə təhvil verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti