...

Metroda intihar, 33 yaşlı gənc özünü qatarın altına atdı

Hadisə Materials 13 Yanvar 2016 11:51 (UTC +04:00)
"Bakı Mertopoliteni" Qapalı Səhmdar Cəmiyyəti mertodakı intihar hadisəsilə bağlı məlumat yayıb.
Metroda intihar, 33 yaşlı gənc özünü qatarın altına atdı

Bakı. Samir Məmmədov-Trend:

"Bakı Mertopoliteni" Qapalı Səhmdar Cəmiyyəti mertodakı intihar hadisəsilə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətinin təhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, hadisə bu gün saat 11:08 radələrində mertonun "Əhmədli" stansiyasında baş verib.

Qatar stansiyanın platformasına daxil olarkən 1982-ci il təvəllüdlü Qazax rayon sakini Aşurov Qoşqar Etibar oğlu özünü qəfildən qatarın altına atıb. Hadisə barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib və həmin şəxsin meyiti qatarın altından çıxarılıb. Hadisə yerinə Təcili Tibbi Yardım briqadası da çağırılıb. Meyit aidiyyəti üzrə təhvil veriləcək.

N.Paşayev bildirib ki, qatarların hərəkətində problem yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti