...

"Günəşli"də daha bir quyuda yanğın söndürüldü

Hadisə Materials 15 Yanvar 2016 16:01 (UTC +04:00)
"Günəşli" yatağında daha bir quyuda yanğın söndürülüb.
"Günəşli"də daha bir quyuda yanğın söndürüldü

Bakı. Trend:

"Günəşli" yatağında daha bir quyuda yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğının söndürülməsi istiqamətində nazirlik tərəfindən tədbirlər davam etdirilir.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib ki, qaz quyularından birində yanğın söndürülüb. Digər quyularda yanğının söndürülməsi üçün işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti