...

Qəbələdə orta məktəbdə yanğın olub

Hadisə Materials 1 Fevral 2016 15:58 (UTC +04:00)
Qəbələdə məktəb binasında yanğın olub.
Qəbələdə orta məktəbdə yanğın olub

Bakı. Trend:

Qəbələdə məktəb binasında yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Qəbələ şəhərində Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 4080 kv.m olan ikimərtəbəli 3 saylı orta məktəb binasının 2-ci mərtəbəsində sahəsi 18 kv.m olan sinif otağının döşəməsi 2 kv.m sahədə yanıb.

Sinif otağının qalan hissəsi və məktəb binası yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti