...

Bakıda bankomatı daşla sındıran qadınlar saxlanılıb

Hadisə Materials 16 May 2016 12:23 (UTC +04:00)
Bakıda maraqlı insident yaşanıb.
Bakıda bankomatı daşla sındıran qadınlar saxlanılıb

Bakı. Trend:

Bakıda maraqlı insident yaşanıb. Daxili İşlər nazirliyindən verilən məlumata görə, mayın 15-də saat 04.00-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisindəki "Bank VTB" ASC-yə məxsus Bakıxanov filialından Baş Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Dərhal hadisə yerinə gəlmiş Sabunçu Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən orada quraşdırılmış bankomatın ekran şüşəsinin sındırılması müəyyən edilib. Bankomatın qarşısında dayanmış əllərində daş olan Bakı şəhər sakinləri Almaz Muradova və Elmira Muradova saxlanılaraq 13-cü PB-yə təhvil veriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti