...

Qazaxda mağazanı talayanlar saxlanılıb

Hadisə Materials 25 May 2016 13:14 (UTC +04:00)
Qazaxda mağazanı yaranlar saxlanılıb.
Qazaxda mağazanı talayanlar saxlanılıb

Bakı. Trend:

Qazaxda mağazanı yaranlar saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, mayın 23-nə keçən gecə Qazax şəhəri ərazisində şəhər sakini Mail Mahmudova məxsus mağazadan pəncərədən girmək yolu ilə 150 manat pul, tütün məmulatı və danışıq kartları oğurlanıb.

Qazax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Ceyhun Nəsibov və Elnur Əliyev tutulublar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların, mayın 17-nə keçən gecə şəhər sakini A.Bayramova məxsus mağazadan 400 manat pul, tütün məmulatı və danışıq kartları oğurlamaları, habelə mayın 23-nə keçən gecə şəhər sakini F.Mustafayevə məxsus mağazadan qapını sındırmaq yolu ilə oğurluğa cəhd göstərmələri də müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti