...

“Shacman” yük maşınları niyə tez-tez qəza edir? (FOTO)

Hadisə Materials 8 İyun 2016 18:02 (UTC +04:00)
Son illər ölkə mətbuatında yol nəqliyyat hadisələri ilə bağlı xəbərlərdə Çin istehsalı olan “Shacman” markalı yük avtomobillərinin iştirakı ilə baş vermiş qəzalara tez-tez rast gəlirik.
“Shacman” yük maşınları niyə tez-tez qəza edir? (FOTO)

Bakı. Trend:

Son illər ölkə mətbuatında yol nəqliyyat hadisələri ilə bağlı xəbərlərdə Çin istehsalı olan "Shacman" markalı yük avtomobillərinin iştirakı ilə baş vermiş qəzalara tez-tez rast gəlinir.

Trend CTV-yə (Region TV) istinadən xəbər verir ki, magistral yollarda respublikada aparılan abadlıq-quruculuq işləri ilə əlaqədar müxtəlif tikinti idarələrinə məxsus yük avtomobillərinə rast gəlinir. Bu yaxınlarda Lənkəranda və ümumilikdə Cənub rayonlarında "Shacman" markalı yük maşınlarının iştirakı ilə baş verən qəzalar zamanı sürücülərin maşının əyləc sisteminin işləmədiyini bildirmələri bunu deməyə əsas verir ki, nasaz yük maşınları əhali üçün ciddi təhlükə olaraq qalır.

"Shacman" yük maşınlarının törətdiyi qəzalara səbəbin sürücü ehtiyatsızlığından əlavə hansı amillərin olduğunu yük maşınlarının təmiri ilə məşğul olan ustalar belə cavablandırıb.

Mexanik-usta Rafiq Əliyev bildirib: "Ağır tonnajlı avtomobildir. Əyləc sistemi tez qızdığından işləmir. 40 ton yükün altında 10 ədəd təkər nə rol göstərə bilər? Ən çox hadisə törədən də qoşa ön təkərlilərdir. Əyləc onlarda zəifdir".

Bəzi sürücülər bildirib ki, qəzalara səbəb normadan artıq yük vurmaq, sürücü təcrübəsizliyi, sürət həddinin bu yük maşınları üçün nəzərdə tutulandan artıq olması, əyləc sisteminin tez-tez sıradan çıxması və gündəlik reys üzrə işləyən sürücülərin yaxşı istirahət edə bilməmələri, yəni yuxusuz olmaları ilə bağlıdır.

R.Əliyev də sürücülərin istirahətsiz avtomobil hərəkət etdiklərini, bu zaman isə yollarda sükan arxasında yuxulu vəziyyətdə qəza törətdiklərini bildirib. O, həmçinin bəzi ölkələrin bu kimi yük avtomobillərdən imtina etdiyini də sözlərinə əlavə edib: "Yük avtomobilinin sürücüsü 1 ton yükü 50 qəpikdən daşıyanda necə olar ki, həmin sürücü avtomobili təmir etsin. Yükdaşımaya yaxşı pul verilsə sürücü də az yük daşıyar və qəza törətməz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti