...

Dələduza hökm oxundu

Hadisə Materials 9 İyun 2016 15:40 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Bakı şəhər sakini Etibar Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Dələduza hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Bakı şəhər sakini Etibar Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, vətəndaşların etimadından sui-istifadə etməkdə təqsirləndirilən E.Ələkbərov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti