Bakı. Trend:
Bakı-Quba yolunda “Shacman” yanıb
Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Bakı-Quba yolunun 42-ci kilometrliyində vətəndaşa məxsus “Shacman” markalı yük avtomobilinin 8 ədəd təkəri yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 01:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.