Bakı. Trend:
Tovuz rayonunda 5 otaqlı ev yanıb.
Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Tovuz rayonun Ağbulaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.
Evə bitişik ümumi sahəsi 45 kv.m olan talvar yanğından mühafizə olunub.
Yanğın saat 23:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.