Bakı. Samir Əli-Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə insan alverində ittiham olunan Nəzrin İbrahimlinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə N.İbrahimli 9 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
N.İbrahimli qadınları Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə apararaq cinsi istismara məruz qoymaqda ittiham olunub. Təqsirləndirilən şəxsin əvvəllər kişi olduğu sonradan cinsini dəyişərək transseksual olduğu bildirilir.