Bakı. Trend:
Nigerdə baş vermiş daşqınlar nəticəsində ən azı 38 nəfər həlak olub və 92 000 insan evsiz qalıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, daşqınlar ən çox Tahua və Aqades rayonlarına zərər vurub. Verilən məlumata görə, daşqınlar nəticəsində 9000 ev dağılıb və 26 000 baş mal-qara tələf olub.
Evlərini məcbur tərk edən insanları məktəblərə və ayrı ictimai binalara yerləşdirirlər.
Nigerdə quraqlığın ardınca gələn mövsümi yağışlar ölkəyə ciddi ziyan vurur. OON-un qiymətləndirməsinə görə, ilin axırınacan daşqınlar 100 000 insanı evsiz qoya bilər.
Ötən il Nigerdə baş vermiş daşqınlar nəticəsində onlarla insan həlak olub, 103 000 isə evsiz qalıb.