Masallıda istirahət mərkəzi yanıb

Hadisə Xəbər 10 Sentyabr 2016 01:21 (UTC +04:00)

Bakı. Trend:

Masallıda istirahət mərkəzi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Masallı şəhərində vətəndaşa məxsus istirahət mərkəzinin ərazisində ümumi sahəsi 72 m2 olan lambirdən ibarət 3 otaqlı kotecin 2 otağının yanar konstruksiyaları və içərisində olan əşyalar 50 m2 sahədə yanıb.

Kotecin qalan hissəsi, yaxınlıqdakı digər koteclər və meşə ərazisi yanğından mühafizə olunub.

Yanğın saat 22:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti