...

Bakıda ağır qəza - 2 ölü

Hadisə Materials 14 Sentyabr 2016 19:51 (UTC +04:00)
Paytaxtda baş verən yol qəzasında iki piyada ölüb.
Bakıda ağır qəza - 2 ölü

Bakı. Trend:

Paytaxtda baş verən yol qəzasında iki piyada ölüb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Sabunçunun Məhəmmədi kəndində kənd sakini Anar Səfərov idarə etdiyi “AzSamand” markalı avtomobillə yolu keçən həmkəndliləri Arzuman Salmanovu, Elbrus Zahidovu və Elçin Əliyevi vurub. Nəticədə A.Salmanov və E.Əliyev hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti