...

Rusiyada axtarışda olan cinayətkarlar Şəkidə tutuldu

Hadisə Materials 22 Noyabr 2016 11:51 (UTC +04:00)
Rusiyada axtarışda olan iki nəfər Azərbaycanda tutulub.
Rusiyada axtarışda olan cinayətkarlar Şəkidə tutuldu

Bakı. Trend:

Rusiyada axtarışda olan iki nəfər Azərbaycanda tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Şəki şəhər rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Nəcməddin İsayev və 131-ci maddəsi (zorlama) ilə axtarışda olan Cabir Yusifalıyev tutulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti