Bakı. Trend:
Gündüz saatlarında Füzuli rayonunda yanğın faktı qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonunun Dilağarda kəndində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 30 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.