...

Bakıda 71 yaşlı kişinin meyiti tapılıb

Hadisə Materials 14 Yanvar 2017 07:40 (UTC +04:00)
Bakı şəhəri, Səbail rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub
Bakıda 71 yaşlı kişinin meyiti tapılıb

Bakı. Trend:

Bakı şəhəri, Səbail rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1946-cı il təvəllüdlü Adıgözəlov Fariz Əbdülrəhman oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 23:42-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti