Bakı. Trend:
Oğuz rayonu, Bayan kəndində vətəndaşa məxsus “Oğuz Eli” ailəvi istirahət mərkəzinin ərazisində ümumi sahəsi 30 m2 olan birmərtəbəli 2 otaqlı kotecin dam örtüyünün yanar konstruksiyaları yanıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, kotecin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.