Bakı. Trend:
Neftçala sakini ehtiyatsızlıqdan Kür çayında boğulub.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, martın 27-də Neftçala rayonunun Mayak kəndində rayon sakini İsmayıl Əsədov sərxoş halda Kür çayının dənizə tökülən hissəsinə yıxılaraq boğulub.
Meyitin sudan çıxarılması üçün tədbirlər görülür.