...

Lənkəranda zəlzələ olub (YENİLƏNİB)

Hadisə Materials 5 Aprel 2017 09:25 (UTC +04:00)
Aprelin 5-də Azərbaycanın cənub bölgəsində zəlzələ baş verib
Lənkəranda zəlzələ olub (YENİLƏNİB)

Bakı. Trend:

Aprelin 5-də Azərbaycanın cənub bölgəsində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, zəlzələ yerli vaxtla 03:16-da Lənkərandan 27 km şimal-qərbdə, Lənkəran rayonu ərazisində qeydə alınıb.

Zəlzələ maqnitudası 4,3 bal təşkil edib, yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss olunub. Zəlzələnin ocağı 20 km dərinlikdə yerləşib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, dağıntı və tələfat qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti