Bakı. Trend:
İsveçin paytaxtı Stokholmda kütlənin üzərinə sürülən yük maşını "Spendrups" şirkətinə məxsus olub.
Trend-in məlumatına görə, şirkətin nümayəndəsi avtomobilin naməlum şəxslər tərəfindən qaçırıldığını bildirib:
"Sürücü malların yüklənməsi zamanı bir qədər uzaqlaşarkən naməlum şəxslər avtomobili qaçırıb".
Qeyd edək ki, Stokholmda yük maşını kütlənin üzərinə sürülüb. Hadisə nəticəsində 3 nəfər həlak olub, xəsarət alanlar var.
Polisin şübhəli şəxsi saxladığı bildirilir.