Moskvada hərbi hissədə yanğın - 500 nəfər təxliyyə edildi

Hadisə Xəbər 2 İyun 2017 17:39 (UTC +04:00)

Bakı. Trend:

Moskvanın cənub-qərbində hərbi hissənin zirzəmisində yanğın baş verib. Trend-in məlumatına görə, Fövqəladə Xidmətin hadisə ilə bağlı yaydığı məlumata görə, yanğının səbəbi zirzəmidə baş vermiş partlayış ola bilər.

Hazırda hərbi hissədə yanğın davam edir. Yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Son məlumata görə, yanğın nəticəsində 1 nəfər yaralanıb. Hərbi hissədən 500 nəfərin təxliyyə edildiyi bildirolir.

Xəbər lenti

Xəbər lenti