...

Avtomobillərin akkumulyatorlarını oğurlayanlar tutulub

Hadisə Materials 6 İyun 2017 15:34
Tərtərdə 11 maşının akkumulyatorlarını oğurlayanlar tutulub.
Avtomobillərin akkumulyatorlarını oğurlayanlar tutulub

Trend-i buradan izləyin

Bakı. Trend:

Tərtər rayon mənzil istehsalat-təmir istismar sahəsinin rəhbərliyi may ayının 26-dan 30-dək qazanxanasından 2 ədəd qızdırıcı, 2 su mühərriki, 6 ədəd elektrik açarı və 100 metr elektrik naqilinin oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət ediblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, RPŞ-nin rəisi, polis polkovniki Rauf Məcidovun rəhbərliyi ilə yaradılmış əməliyyat qrupu tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğuruğu törətməkdə şübhəli bilinən şəhər sakini Fariq Məmmədov tutulub.

Ətrafında aparılan tədbirlərlə onun ötən ilin iyunundan cari ilin aprelinədək olan müddətdə rayon ərazisində "VAZ" markalı 11 avtomobildən akkumulyatorlarını oğurlamaları, həmçinin bu əməlləri həmyerliləri olan Şəhriyar Səlimzadə və Elmdar Süleymanzadə ilə birgə törətdiyi də müəyyən edilib.

Sonrakı əməliyyat tədbirləri ilə Ş.Səlimzadə və E.Süleymanzadə də tutulublar. Saxlanılan zaman Şəhriyarın üzərindən 1,89 qram narkotik vasitə olan marixuana da aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti