Bakı. Trend:
Nəsimi rayonunda mənzildən 54 yaşlı kişi meyiti tapılıb.
Trend Fövqəladə Hallar Nazirliyinə istiandən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1963-cü il təvəllüdlü Məmmədov Rəfail Təvəkkül oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 07:29-da başa çatıb.